Babasil xəstəliyi geniş yayılmış bir tibbi-sosial problemdir və son illər bütün dünyada geniş yayılmaqdadır. Cavanlar arasında da tez-tez rast gəlinir, qadınlarda daha çox hamiləlik, xüsusilə də onun sayı ilə əlaqədar olur. Qədim zamanlardan insanlara tanış olub, müxtəlif müalicə üsulları təklif olunmuşdur. Tibbi elmi inkişaf etdikcə müalicə üsulları da təzələnmiş, yeniləri təklif edilmişdir.
Son illər dünyada geniş yayılmış travmatik əməliyyatlardan əl çəkərək, daha az ağrılı, amma daha effektli əməliyyatlara üstünlük verilməkdədir.
Onların içərisində XXİ əsrin əməliyyatı kimi transanal hemorroidal dezarterizasiya əməliyyatına daha üstünlük verilir və bütün dünyada sürətlə yayılmaqdadır.
Bunu yapon alimi Morinaqa təklif etdiyindən dünyada “Yapon əməliyyatı” adı ilə də çağırılır. Bağırsaqda heç bir kəsik etmədən, narkoz vermədən isra edilir.
Xəstə həmin gün kliunikanı tərk edir.
Bu əməliyyatı ilk dəfə Azərbaycanda 7 il əvvəl başlamışıq və bu gün də uğurla davam etdirilir.