Xroniki venoz xəstəliklər

Xroniki venoz xəstəliklər çox geniş yayılmış patalogiyalardan olub az qala əhalinin 80% -ni əhatə edir. Bura aiddir: varikoz xəstəliyi, posttrombotik xəstəlik və anadangəlmə anamoliyalar (qüsurlar).Bunlar içərisində ən çox yayılanı varikoz olduğundan insanları daha çox maraqlandıran də məhz bu xəstəlikdir.Varikoz xəstəliyi hər bir yaşda, daha çox da qadınlr arasında rast gəlinir və onun müalicəsi bu gün çox sadələşmiş və az qala bir ambulator əməliyyat səviyyəsinə gəlib çatmışdır. Bu birinci növbədə diaqnostika və müalicədə çox sadə, effektli üsulların kəşfi ilə bağlıdır. Müalicə üsulları arasında əsas yer tutan lazer müalicəsidir, yəni tibbi lazerin yeni, qana və venoz damara təsir edən formalarının kəşfi və onlardan varikozda səmərəli istifadə edeilməsi ilə bağlıdır. Yüzillərlə istifadə olunan klassik müalicə-genişlənmiş veneların çox travmatik bir formada dartılıb çıxardılması dövrü artıq geridə qalmış, onun yerini lazer müalicəsi tutmuşdur.Bu nə deməkdir? Bu narkozsuz, kəsiksiz, yarasız, ağrısız bir əməliyyat olduğundan xəstələryatmadan əməliyyatdan dərhal sonra evə buraxılır və 1-2 saat gəzmək tövsiyyə olunur. Bəzi peşə sahibləri, məsələn bank işçiləri səhər əməliyyat olunur, günortadan sonra öz işlərinə davam edirlər.Müqayisə üçün demək istəyirəm ki, köhnə əməliyyatda xəstələr yalnız bir neçə gün sonra evə buraxılır və aktiv həyata qayıtmasına isə bəzən aylar tələb olunur. Bundan əlavə xəstəliyin yenidən yaranma ehtimalı demək olar ki, olmur. Hörmətli sayt izləyiciləri, əgər venalarda probleminiz varsa bizə tam əminliklə müraciət edib, etibarlı, qarantlı bir şəkildə onlardan canınızı birdəfəlik qurtara bilərsiniz.

Hər hansı bir sualınız varsa, buyurun!