Uzun müddət sabit bir şəkildə durmayın!

Uzun müddət sabit bir şəkildə ayaqda durmayın və ya sabit bir şəkildə uzun müddət oturmayın!

Sabit bir şəkildə uzun müddət ayaqda dayanmaq və ya oturmaq varikoz damarlarının əmələ gəlməsini və inkişafını sürətləndirir. Normal şəraitdə ayaqlarda əzələlərin daralması, damarlarda cazibə qüvvəsinin əks istiqamətində sağım effekti yaradır. Bu effekt damarlardakı qanın hərəkətinə kömək edir. Bu şəkildə damarda qan yığılması, damarların genişlənməsi və tərs axının qarşısı alınır.

▪️ Ancaq uzun müddət hərəkətsiz qaldığınız zaman damarlarda qan yığılması, böyüməsi və geri axması meydana gələcək. Bu səbəbdən uzun oturuş zamanı hər saat başı 5-10 dəqiqə gəzmək, oturarkən ayaqları sallamaq yerinə bir kürsü üzərinə uzatmaq damarların sağlamlığı üçün faydalıdır. Eyni şəkildə uzun müddət hərəkətsiz ayaqda duranda saatda 5-10 dəqiqə gəzmək damar sağlamlığı üçün faydalı olacaqdır.

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi

#varikoz #damargenislenmesi #varikozdamar #flebologia #varikozgenişlənmə

SMM by @‌leoagency.az

Hər hansı bir sualınız varsa, buyurun!