Hamiləlikdə varikoz hansı səbəblərdən yaranır?
Hamilələrdə varikozun yaranması orqanizmdə gedən bir sıra dəyişikliklərlə bağlıdır:◽ Sirkulyasiya edən qanın həcminin artması: Ana orqanizmində qanın həcmi 20-30% artdığından venalar yüklənməyə məruz qalır. Qapaqlar tam bağlanmır, venoz qanın ayaqlardan geriyə qayıdışı pozulur, durğunluq yaranır varikoz inkişaf edir.◽ Hormonal dəyişikliklər: Progesteron və relaksin damar sisteminə mənfi təsir göstərərək, venaların tonusunun azalmasına, onların kövrəşləşməsinə səbəb olur. […]