Varikozun yaranma səbəbləri

Əziz izləyicilərim! Varikoz damarlarının səbəbləri, simptomları, şikayətləri və müalicəsi müxtəlifdir. Varikoz xəstəliyinin ən başlıca səbəbləri təzyiq və uzun müddət dayanmaq, sabit iş vəziyyətidir.Uzun müddət ayaq üstə işləyənlər oturduqları və ya işlədikləri yerə yaxın olan yerlərdə 30-45 dəqiqə aralıqlarla 2-3 dəqiq gəzərək damarlardakı təzyiqi azaltmalıdırlar.Digər səbəblər isə:◼️Genetika(Ailə)◼️İrəli yaş◼️Artıq çəki◼️Hamiləlik◼️Menopoz

Varikoz qadınlarda niyə daha çox görülür?

Bir çox elmi araşdırma varikoz damarlarının kişilərə nisbətən qadınlarda daha çox rast gəlindiyini göstərir. Varikoz həm estetik, həm də psixoloji baxımdan,ayaqlarda ağrı və ödem kimi şikayətlərlə həyat keyfiyyətinə mənfi təsir edir.Varikoz xəstəliyinin qadınlarda daha çox görülməsinə səbəb kimi aşağıda sadalananları qeyd etmək olar.▫Yaşlılıq,▫Genetik faktorlar,▫Piylənmə ,▫Qəbzlik,▫Hamiləlik və əsas amilin hormonlar olduğu düşünülür.

Varikozun qarşısını almaq olurmu?

Varikoz xəstəliyinin profilaktikası üçün bir sıra tədbirlər görülməlidir. Fərd bədən çəkisini ideal səviyyədə saxlayaraq, müntəzəm olaraq idman edərək, mümkünsə uzun müddət ayaqda durmaqdan və oturmaqdan çəkinərək, kompressiom corablarından istifadə edərək varikoz damarlarının yaranma ehtimalını azalda bilər.Əgər varikoz damarları varsa, bu həyat tərzi dəyişiklikləri ilə, ayaq ağrısı və varikoz damarlarının səbəb olduğu şişlik kimi şikayətləri də […]

Limfedema nələrə səbəb olur?

Limfedema insana fiziki təsirdən əlavə psixoloji cəhətdən də mənfi təsir göstərən bir vəziyyətdir. Limfedemanın səbəb olduğu şişkinlik insanın hərəkət qabiliyyətini məhdudlaşdırır. Bundan əlavə, limfedema ilə başlayan zəiflik və ağırlıq hissi insanı yavaşlada bilər. Limfedema◽ Bədən imicində dəyişikliklər◽ Fiziki və psixoloji cəhətdən mənfi təsir◽ Qol və ayaqda hərəkət diapazonunda məhdudiyyətlər◽ Yorğunluq və çəkidən qaynaqlanan funksional problemlər◽ […]

Varikoz ciddi xəstəlikdir!

İnsanlar adətən Varikoz xəstəliyinin ən son mərhələlərində və ya əksər hallarda fəsadlarla rastlaşan zaman həkimə müraciət edirlər. İlkin dövrlərdə kosmetik və estetik problem olaraq görülən varikoz genişlənmiş damarlar vaxtında müalicə edilmədikdə damarda laxtalanmaya və iltihaba (tromboflebit) səbəb ola bilər.❗Tromboflebit zamanı əmələ gələn tromb kütləsi vaxtında müdaxilə olunmazsa pulmonar emboliya yəni ani ölüm ilə nəticələnə bilər. […]

Tromboflebitə yaxşı təsir edəcək məsləhətlər!

Tromboflebitin müalicəsi ilə ağrınız və digər simptomlarınız keçməyə başlayacaq. Müalicə prosesini və sağalmanı sürətləndirmək üçün dərmanlardan əlavə evdə bəzi məsləhətlərə əməl edilə bilər:◼ Tromboflebit olan bölgəyə gündə bir neçə dəfə istilik tətbiq etmək, o bölgəyə qan axınını artıra bilər və iltihabı aradan qaldırmağa kömək edə bilər. İsti cismin bədənlə birbaşa təmasından qaçınaraq bir parça üzərindən […]

Varikoz damarları yalnız qadınlara xas deyil!

Bu, hər kəsin səhv bildiyi məlumatlardan biridir! Bəli, varikoz damarları qadınlarda daha çox görünsə də, kişilərdə də olma sıxlığı az deyil. Kişilərdə qadınlar kimi varikoz xəstəliyinə tutulurlar. Bunun ən mühüm səbəbi ya çox uzun müddət oturmaq, ya da ayaq üstə çox durmaqdır. Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov📲050 480 92 96🏥Bakı Sağlamlıq Mərkəzi #tromb #fleboloq […]

Dar paltarlar geyinməkdən çəkinin!

Toplardamarlar, qanın cazibə qüvvəsinə qarşı və passiv bir şəkildə axımın davam etdiyi damarlardır. Ancaq damar divarındakı əzələ qatı çox güclü olmadığından xarici təzyiqə və preslərə qarşı müqaviməti kifayət qədər yaxşı deyil. Beli sıxacaq korset kimi paltarlar geyinilməsi və ya dar şalvar-kəmər istifadə edilməsi venoz axınının pisləşməsinə və buna görə də varikoz xəstəliyinin əmələ gəlməsinə və […]

Gənc qadınlarda Varikoz!

Demək olar ki, hər yaşda olan bir insana təsir edən varikoz xəstəliyi son vaxtlar gənc fərdlərdə də tez-tez rast gəlinməyə başlayıb. ◾ Uzun müddət hərəkətsiz yerində dayanaraq edilən peşələr◾ Hamiləlik dövründə lazımi tədbirləri görməmək◾ Çəki vermək və ya çəki almaq◾ Doğum nəzarət həblərindən istifadə etmək◾ Yüksək dabanlı ayaqqabı geyinmək gənc qadınlarda varikoz xəstəliyinin ən qabaqcıl […]

Düzgün ayaqqabı seçimi edin!

Hündürdaban ayaqqabı və heç dabanı olmayan ayaqqabı geyildiyi zaman diz altında və arxa tərəfdə olan əzələlər gəzinti zamanı düzgün və yetərincə büzülmür. Bu səbəblə, o bölgədə olan damarların içindəki axım, əzələlərin düzəldici təsirindən uzaq qaldığı üçün yavaşlayır.Qısa müddətdə ciddi problemlərə səbəb olmayan bu vəziyyət uzun müddət davam edərsə, damar problemləri meydana gəlməyə başlaya bilər. Bu […]

Hər hansı bir sualınız varsa, buyurun!