Varikoz genişlənmiş damarlar hamiləlik dövründə ümumi bir problemdir. Hamiləlik zamanı genişlənmiş damarlar dözülməz ağrılara və dəridə xoşagəlməz görünüşə səbəb ola bilər.Profilaktik tədbirlər kimi aşağıda sadalananları etmək məsləhətdir.
Hamiləlik prosesi damarlarda genişlənmələrin meydana gəlməsini asanlaşdırır,çünki qan həcmi körpənin ehtiyaclarını ödəmək üçün əhəmiyyətli dərəcədə artır. Bu səbəbdən damarlarda çox miqdarda qan toplanır və bu, xüsusilə aşağı ətraflarda qanın toplanmasına səbəb olur. Hamiləlikdə görülən varikoz genişlənmiş damarlar uşaqlıqda böyüyən körpənin qasıqdakı damarlara verdiyi təzyiq nəticəsində də meydana gəlir.
Hamiləlik dövründə varikoz damarlarının qarşısını almaq mümkündürmü? Cavab isə bəli.
Sadə, lakin vacib olan bir neçə məqama diqqət yetirmək və onları vərdiş halına çevirməklə varikoz xəstəliyinin qarşısını ala bilərsiniz.
◻ Çox gəzin.
◻ Uzun müddət oturmayın və ya bir yerdə dayanmayın.
◻ Uzun müddət ayaqlarınızı çarpazlaşdıraraq oturmamağa diqqət edin.
◻ Oturarkən qan dövranını gücləndirmək üçün ayaq hərəkətləri edin.
◻ Ağır qaldırmayın.
◻ Çox su için və çox duzlu qidalar qəbul etməyin
◻ Hündürdaban ayaqqabılar seçməyin.
◻ Son dərəcə isti su ilə vanna qəbul etməyin.
◻ Çox dar paltar geyinməyin.
Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏢 Bakı Sağlamlıq Mərkəzi