Kapilyar damarların aradan qaldırılması!

Qadınlar xarici görünüşlərinə xüsusi diqqət yetirilər. Bəzən istənilməyən problemlər meydana çıxa bilir. Ayaqda yaranan qırmızı, bənövşəyi kapilyarlar sizi narahar edir? Bu problemdən qurtulmaq istəyirsiniz ancaq nə etməli olduğunuzu bilmirsiniz? Postu oxumağa davam edin.
Əslində kapilyar damarlara yalnız kosmetik problem kimi yanaşmaq düzgün deyil. Çünki vaxtında müalicə olunmayan damarlar zaman keçdikcə
genişlənəcəkdir,qapaq disfunksiyasının və refluksun yaranmasına səbəb olacaqdır.
Varikoz xəstəliyinin müalicəsində ən effektiv üsüllardan biri də Skleroterapiyadır. Onun mahiyyəti genişlənmiş damarlarda qan axınını dayandırmaqdır. Bu məqsədlə damarın daxilinə xüsusi preparat – sklerozant yeridilir. Onun təsirindən kapilyarların divarları bir-birinə yapışır.
Qeyd olunan proses insan sağlamlığına ziyan gətirmir. Çünki qan dövranı pozulmur. Öz funksiyasını itirən kapilyarların vəzifəsini digər sağlam damarlar öz üzərinə götürür. Skleroterapiya ilə kapilyar damarların müalicəsi həm də estetik baxımdan ayaqların görünüşünü yaxşılaşdırır. Qadınlar heç bir kompleks hissi keçirmədən istədikləri libası geyinə bilir.

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏢 Bakı Sağlamlıq Mərkəzi

Hər hansı bir sualınız varsa, buyurun!