Bir çox elmi araşdırma varikoz damarlarının kişilərə nisbətən qadınlarda daha çox rast gəlindiyini göstərir. Varikoz həm estetik, həm də psixoloji baxımdan,ayaqlarda ağrı və ödem kimi şikayətlərlə həyat keyfiyyətinə mənfi təsir edir.
Varikoz xəstəliyinin qadınlarda daha çox görülməsinə səbəb kimi aşağıda sadalananları qeyd etmək olar.
▫Yaşlılıq,
▫Genetik faktorlar,
▫Piylənmə ,
▫Qəbzlik,
▫Hamiləlik və əsas amilin hormonlar olduğu düşünülür.
Uzun müddət sabit bir şəkildə durmayın!
Uzun müddət sabit bir şəkildə ayaqda durmayın və ya sabit bir şəkildə uzun müddət oturmayın!