Ateroskleroz

Ateroskleroz bəşəriyyətin bu gün ən çox əziyyət çəkdiyi bəlalardan biri olub, hər il milyonlarla insanın xəstələnməsinə, ölümünə və əlilliyinə səbəb olur. Təsadüfi deyil ki, bütün dünyada insanların ölümünə səbəb olan və birinci yerdə duran ürək-damar xəstəliklərinin də əsas səbəbi məhz aterosklerozdur.Ona görə də ateroskleroza tədqiqatçılar arasında maraq ildən ilə artmaqdadır və onun öyrənilməsinə həsr edilmiş elmi işlərə bəlkə də milyardlar yox trilyonlarla vəsait sərf edilmiş, amma təəssüf ki, hələlik istər profilaktika, istərsə müalicəsində ciddi dəyişiliklərə nail olunmamışdır. Yalnız bir faktı göstərmək istəyirəm kiş 3 il əvvəl mən Avropa Ateroskleroz Assosiasiyasının 83-cü konqresinin iştirakçısı olmuşam. Fikir ildə bir dəfə keçirilən 83-cü. Yalnız I və II dünya müharibəsi illərində keçirilməyib. Bu xəsgtəlik daha çox ürək, böyrək, beyin və aşağı ətraf arteriyalarını zədələdiyindən bizə də ən çox bu xəstələr, xüsusiilə də ayaq damarları zədələnənlər müraciət edirlər. Ayaq damarları çox tez sıradan çıxır – əvvəlcə içi daralır, sonra isə tam tutulur və ayağın uc hissələrinə, barmaqlara qan az daxil olur, sonda isə tam dayanır. Beləliklə də ayaqda qanqrena inkişaf edir və şox təəssüf ki, xəstələrimiz də daha şox bu vaxt bizə müraciət edirlər. Xəstəliyin ilk və əsas, aparıcı əlaməti AYAQDA AĞRIDAN ibarətdir. Ayaqda ağrı damar daraldığı dövrdə başlayır və get-gedə artır. Həkimin də yardım göstərmək imkanları məhz bu dövrdə daha geniş olur, belə desək damarın daralmasına paralel həkimin də imkanları daralır, tam tutulduqda, qan təchizatı dayandıqda, həkimin də yardım etmək potensialı tam tükənir, daha çox hallarda yeganə çıxış yolu ayağın kəsilməsindən ibarət olur.Demək, ayaqda ağrılar başlayanda müraciət edənlər onu bir qayda olaraq saxlaya bildikləri halllarda, sonda müraciət edənlər isə itirməli olurlar. Ona görə də bu cür xəstələrimiz heç kimi yox. birinci növbədə özlərini günahlandırmalıdırlar. Bizə müraciət edən xəstələrin heç birində bu günə qədər şükürlər olsun ki. ayaq kəsilməmiş, amma bəzilərində bu çox az xərc və əziyyət hesabına, bəzilərində isə, (başa düşdünüz kimlərdə) evini satmaq, böyük borca düşmək, olmazın əzablarla qarşılaşmaq hesabına başa gəlmişdir. Ona görə ki, gecikmiş vəziyyətdə mənim təyin etdiyim dərmanlar müasir və effektli olmaqla bərabər çox bahalıdırlar, hər kəs bunu düzgün anlamalı və başa düşməlidir.

Əziz həmvətənlər bu fikirləri yazmaqla Sizlərə nə demək istədiyimi, hansı mesajları göndərmək istədiyimi yəqin ki, yaxşı başa düşdünüz və nəticə cıxartmağı Sizin öz üzərinizə buraxıram. AYAQDA AĞRILAR başladıqda bizi axtarın, buna biganə qalmayın və keçib gedər düşüncə tərzindən usaq durun!Allah Sizləri qorusun!

Hər hansı bir sualınız varsa, buyurun!