NT-NT

Varikoz xəstəliyinin yeni müalicə üsullarıınln kəşfi üzərində işlər ardıcıl olaraq bütün dünyada davam etməkdədir. Son 5-6 il ərzində ən son müalicə üsulu sayılan və geniş yayılmaqda olan NT-NT üsulu barədə qısaca məlumat vermək istərdik.Varikoz xəstəliyinin müasir müalicə üsullarını iki qrupa bölmək olar: termiki ablasiya və kimyəvi ablasiya.Terrmiki, yəni yüksək temperaturaya əsaslanan ablasiyaya lazer. radiodalğa və buxarla ablasiya aiddir. Kimyəvi ablasiyaya, adından bəlli olduğu kimi kimyəvi maddələrin vena mənfəzinə yeridilməsi ilə aparılan ablasiya aiddir. NT-NT üsulu məhz kimyəvi ablasiya növü olub tərkibinə sian akrilat deyilən yapışqan və digər maddələrin daxil olduğu xüsusi qarışıığın vena daxilinə yeridilməsi ilə onun tamamilə sorulmasına əsaslanır. Metodun son illər bütün dünyada geniş yayılmasına səbəb nədir?

Birincisi və bəlkə də bizim, yəni isti iqlimli Azərbaycan üçün ən önəmlisi lazerdən fərqli olaraq əməliyyatdan sonra corab geyinmək mütləq deyil.

Digər üstünlüklərinə ağrısızlaşmaya, əməliyyatdan sonra dərman müalicəsinə (antibiotik, antiaqreqant, antikoqqulyant, ağrıkəsicilər və s.) ehtiyacın olmamasıdır.Lazerdən sonra çoxsaylı dinamik müşahidə 2-3 dəfə ilə məhdudlaşır. Bütün bunlardan başqa ən əsas üstünlük kimi bu müalicədən sonra xəstəliyin yenidən yaranma riskinin ən aşağı faiz təşkil etməsi göstərilir, ayaqda ağrı, göyərmələr, qansızmalar, yanğı hissi və diskomfort olmur.

Bu yenilik Lazer kimi ilk dəfə ölkəmizə tərəfimizdən gətirildi və əvvəlcə xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə, sonra isə sərbəst icra edilməkdədir. İlk nəticələrimiz doğrudan da çox gözəl və yaxşıdır, ən əsası isə pasientlərimizin məmnunluğu və razı qalmalarııdır.

Hər hansı bir sualınız varsa, buyurun!