Varikoz xəstəliyi

Varikoz xəstəliyi əsasən aşağı ətrafların səthi venoz sisteminin xroniki, residivverən xəstəliyi olub, damarların düyün və qıvrılmış formada genişlənməsi ilə özünü büruzə verir. Əhali arasında çox yayılmış olub əmək qabiliyyətli insanların 35% -də rast gəlinir. Xəstəliyin özünü büruzə etmə formaları müxtəlifdir: kiçik kapillyarların zədələnməsindən başlamış (cox adam “damar ulduzcuqları” deyir), böyük magistral venaların zədələnməsinə qədər rast gəlinir. Xəstəliyin başlanğıc formaları daha çox estetik, görüntü problemləri yaradır və xanımlar, xüsusilə də cavanlar qısa ətəklər geymək, çimərliyə getməkdən çəkinir və son nəticədə natamamlıq kompleksinə düçar olurlar. Əgər vaxtında tədbirlər görünməsə patologiya inkişaf edir, ağırlaşır və sonrakı mərhələyə – varikoz xəstəliyinə keçir.Bu halda artıq kosmetik, görüntü problemləRi bir növü ağrı, ağırlıq hiissi və ödem, xüsusilə də axşamlar, qıcolmalar yarandıqdan sonra arxa plana keçir və ayaqlarda xroniki venoz çatmazlıq – qan durğunluğu yaranır. Daha ağırlaşmış, gecikmiş formalarında ayaqda yığılan və işləməyən qaqnın miqdarı bəzən 1-1.5 Litrə çata bilir və insan bu qədər yükü bütün günü özü ilə gəzdirir (ürək, beyin və digər orqanalar isə qan azlığından əziyyət çəkir, ayaqlar isə yığilb-toplanmış qanın içərisində boğulur).

Varikoz xəstəliyi və onun fəsadı olan vena çatmazlığ sindromunda əlamətlərin inkişaf dinamikası aşağıdakı kimi davam edir: əvvəlcə aqaqlarda yayılmış ağrılar, ağırlıq və yanğı hissi yaranır, sonra gecə qıcolmaları qoşulur və vaxt keçdikcə pəncə və topuqlar nahiyəsində ödem əmələ gəlir.Bütün sadalanan əlamətlər günün axırında, ayaq üstə çox qaldıqda, həmçinin ilin isti fəsillərində daha da artır, qabarıq olur. Xəstələr ayaqlarda yüngüllük hissini, komfortu gecə istirahətindən sonra, ayaqlara qaldırılmış vəziyyət verdikdə, horizontal vəziyyətdə olduqda tapırlar.
Xüsusilə qeyd etmək lazımdır ki, varikoz venalar əgər yaranıbsa onun geriyə öz-özünə sağalması, yox olması mümkün deyil (xüsusi müalicəsiz) və əksinə xəstəlik get-gedə artır, inkişaf edir. Davam edən patoloyi dəyişiliklər son nəticədə mikrosirkulyasiya, qan təchizatının pozulmasına və trofiki dəyişiliklərin yaranmasına gətirir.Dəri quruyur, qabıq verir, tez zədələnir və bəzən kiçicik zədələr uzun müddət sağalmır və sonda sağalmayan xoralara (yaralara) çevrilir. Belə xoralar uzun illər sağalmır və xəstələri hətta əlillik dərəcəsinə çatdırır. Qeyd etmək lazımdır ki, varikoz xəstəliyinin gedişi ilə trofiki xoranın yaranma müddəti arasında birbaşa korrelyasiya yoxdur, bəzən 20-30 ilə, bəzən də 2-3 ilə yarana bilər. Varikoz xəstəliyini didər həyat üçün ciddi fəsadı venada iltihabın və trombun – varikotromboflebitin inkişafıdır. Bu damar divarının üzvü dəyişilikləri, qan durğunluğu ilə əlaqədar baş verir. Varikotromboflebiti ən qorxulu forması qalxan formasıdır və həyat üçün təhlükə yarada bilir. Ona görə də bu halda təcili həkimə müraciət etmək lazımdır.

Hər hansı bir sualınız varsa, buyurun!