Venoz tromboembolik fəsadlar ümumi bir anlayış olub özündə dərin cenaların trombozunu, səthi venaların tombozunu və ağ ciyər arteriyasının tromboemboliyasını birləşdirir. Çox əhəmiyyətli və ciddi bir tibbi-sosial və kliniki problem sayılır.
Əhali arasında yayılma göstəricisi hər 100000 populyasiyaya 60-70 yeni hadisə düşür və yaş artdıqca dəfələrlə artır. ABŞ – da ildə 600000. Avropa birliyində 1000000-dan artıq olur.
Venoz trombozların müalicə prinsiplərinin əsasları Münhen Eksperimental Cərrahiyyə İnstitutunun əməkdaşı S. Haas tərəfindən işlənilmiş və bütün dünya tərəfindən qəbul edilmişdir:
- venoz trombozun yayılmasının və daha iri venoz magistrallara keçməsinin qarşısını almaq;
- ağ ciyər arteriyasına tromboemboliyanın qarşısının alınması;
- venaların keçiriciliyinin bərpa edilməsi;
- trombozun residivinin profilaktikası.