Diabetik ayaqlar

Şəkərli diabetin ən təhlükəli fəsadlaşmalarından biri də “Diabetik ayaq”dır. Diabetik ayaq sinir sisteminə, qan damarlarına, oynaq və aşağı ətraflara təsir edən, pəncədə xora şəklində təzahür edən, ətrafların amputasiyasına gətirib çıxaran təhükəli vəziyyətdir. Diabetik ayağın müalicəsinin əsas məqsədi ayaqların qorunmasıdır.
Dekompensasiya olunmuş şəkərli diabet davamlı olaraq şəkərin qanda səviyyəsinin yüksək olmasıdır ki, bu da öz növbəsində qan-damar və sinir sisteminin zədələnməsinə gətirib çıxarır. Məhz diabetik neyropatiya diabetik ayağın inkişafında pataloji kaskad rolunu oynayır. Burda əsas təhlükəli ağırlaşma ətrafların qanqrenası və amputasiyası sayılır.
Ayaqların qorunması məqsədilə diabet xəstələri müalicə və qidalanma-pəhrizə, pəncə dərisinə qulluğa, ayaqqabı seçiminə dair həkim tövsiyyələrinə ciddi riayət etməlidirlər.

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi

#profdrmahammadkarimov

Hər hansı bir sualınız varsa, buyurun!