Bilinənlərin əksinə Covid-19 damar xəstəliyidir!


Covid-19 bədəndəki bütün orqan və sistemlərə təsir etməklə yanaşı ürək-damar sağlamlığına da bir çox mənfi təsir göstərir.
Covid-19-un bədənə ilk dəfə ağciyərlərdə sıx olan ACE2 reseptorları ilə daxil olduğu bilinirdi. Buna görə ilk diqqət ağciyərlərə yönəldi. Bununla birlikdə, ACE2 reseptorlarının cəmləşdiyi başqa bir bölgə, teflon örtük kimi bütün #qan damarlarının daxili səthini əhatə edən #endotel hüceyrələridir. Bu hüceyrələrin virusa qarışması nəticəsində geniş yayılmış #damar xəstəliyi baş verə bilər.
Covid-19 səbəbiylə #laxtalanma baş verə bilər. Bu gün, Covid-19-u ölümcül hala gətirən vəziyyətin damarlarda endotel zədələnmə və buna bağlı qanda sıx laxtalanma olduğu ortaya çıxdı. Müalicədə laxtalanmaya qarşı heparin və onun törəmələri kimi tanınan dərmanların istifadəsi xəstəliyə qarşı mübarizədə aktiv rol oynayır. Nəticədə, xəstələrin müalicəsində damarların zədələnməsindən qaynaqlanan ölümcül komplikasiyalar minimuma endirilə bilər.

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi

#profdrmahammadkarimov #covid_19 #damar #endotel #laxtalanma #qan #flebologia #fleboloq

Hər hansı bir sualınız varsa, buyurun!