Hamiləlikdə varikoz hansı səbəblərdən yaranır?

Hamilələrdə varikozun yaranması orqanizmdə gedən bir sıra dəyişikliklərlə bağlıdır:
◽ Sirkulyasiya edən qanın həcminin artması: Ana orqanizmində qanın həcmi 20-30% artdığından venalar yüklənməyə məruz qalır. Qapaqlar tam bağlanmır, venoz qanın ayaqlardan geriyə qayıdışı pozulur, durğunluq yaranır varikoz inkişaf edir.
◽ Hormonal dəyişikliklər: Progesteron və relaksin damar sisteminə mənfi təsir göstərərək, venaların tonusunun azalmasına, onların kövrəşləşməsinə səbəb olur. Nəticədə damar genişlənməsi meydana çıxır.
◽ Uşaqlıq tərəfindən damarların sıxılması: Döl inkişaf etdikcə uşaqlıq ona müvafiq şəkildə böyüyür və kiçik çanaq damarlarına təzyiq göstərməyə başlayır. Bununla əlaqədar aşağı ətraflardan qanın ürəyə qayıdışı çətinləşir, vena divarları gərilir və genişlənir.
Varikoz damarlarının əmələ gəlməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməyən insanlarda şikayətlər artmağa davam edir.
Bəs sizin aranızda hamiləlik dövründə varikoz problemi ilə qarşılaşanlar olub?👨‍⚕️

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi

#profdrmahammadkarimov #fleboloq #flebologia #varikoz #hamilelikdevarikoz #hamiləlikdəvarikoz #qan #hormon #ayaq #damar #hamilelik #təzyiq

Nəticələrimiz

Nəticələrimiz Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov📲050 480 92 96🏥Bakı Sağlamlıq Mərkəzi #profdrmahammadkarimov #fleboloq #damarxestelikleri

Daha ətraflı »

Hər hansı bir sualınız varsa, buyurun!