Salam əziz izləyicilərim sizə “Varikozu müalicə etdirmək üçün 5 əsas səbəb” sadalayacam. Varikoz damarları həm ayaqlarınızda #ağrı və #ödəmə səbəb olur, həm də enerjinizi salaraq gündəlik fəaliyyətlərinizə mənfi təsir edir.
1. Özünə inam hissinizi artıracaq. #Varikoz damarlarınızı müalicə edərkən, estetik baxımdan özünə inamınızı bərpa edirsiniz. Beləliklə, yayda istədiyiniz paltarı geyinərkən özünüzü daha xoşbəxt hiss edəcəksiniz.
2. Yenidən sevdiyiniz fəaliyyətləri edə biləcəksiniz. Varikoz damarları ayaqlarda #şiş-kinlik və #yorğunluğa səbəb olduğu üçün hətta orta fiziki fəaliyyət zamanıda narahatlıq doğurur. Müalicədən sonra yenidən sevdiyiniz fiziki fəaliyyətdən zövq ala bilərsiniz.
3. Varikoz damarlarınız azalacaq. Varikozun müalicəsi, varikoz #damar-larının səbəb olduğu #yanma hissi, ağırlıq hissi, #qaşınma və yorğunluğu aradan qaldırır və ya minimuma endirir.
4. Yuxu keyfiyyətiniz artacaq. Varikoz damarları, #ayaq ağrısı səbəbiylə #yuxu zamanı yuxunun keyfiyyətinə və dərinliyinə mənfi təsir göstərir.
5. Mümkün fəsadların qarşısını alır. Varikoz damarları müalicə edilməzsə, ayaqlarda #dermatit-ə, varikoz damarlarında laxtalanmaya, dəridən qanaxmaya və varikoz izlərinə səbəb ola bilər.
Müalicə bu potensial nəticələrin qarşısını alır.
Sizdə varikoz problemini həll etməklə sizin özünə inamınızı, yuxu keyfiyyətinizi, sevdiyiniz fiziki fəaliyyətləri yerinə yetirmə zövqünü geri qaytara bilərsiniz👨⚕️
Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi