Varikozu estetik problem olaraq görməyin, müalicə edin!

Ayaqdakı kapilyar damarlar qıvrımlı bir hal alaraq hörümçək toru kimi bəlli hala gəlir. Bütün xəstələr, xüsusən qadınlar, ayaqlarındakı görüntü pozğunluqları səbəbiylə varikoz damarlarını estetik bir problem olaraq görürlər. Ancaq ayaqlarda ağrı, şişlik, dəridə qaşınma, ödəm, gecə krampları kimi bir çox şikayətə səbəb olan varikoz damarları, insanın estetik qayğıları ilə birlikdə həyat rahatlığına mənfi təsir edə bilər.
Müalicə olunmamış və heç bir tədbir görülməmiş varikoz damarlar, zamanla sağalmayan yaralara, varikoz xoralarına və varikoz damarlarında qan axınının yavaşlaması nəticəsində laxtalanma meydana gəlməsinə səbəb olur. Damarlardan qoparaq ürəyə, sonra ağciyərlərə gedə bilən laxtalar “ağciyər emboliyası” adlanan həyati təhlükəsi olan tənəffüs və qan dövranı problemlərinə səbəb olur.
Varikozunuzu estetik bir problem olaraq görməyin, sağlamlığınız üçün varikozu müalicə edin 👨‍⚕️

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi

varikoz #ayaqdavarikoz #flebologia #tromb

SMM by @portagal.agency

Hər hansı bir sualınız varsa, buyurun!