Varikoz corablarının ayaq sağlığına olan faydası:

Varikoz corablarının ayaq sağlığına olan faydası:

Venoz çatışmazlığı və varikoz damarları olan xəstələrdə mütəmadi olaraq kompression corablarından istifadə etmək tövsiyə olunur. Bundan əlavə, uzun müddət ayaqda durmağı və ya masada oturmağı tələb edən işiniz varsa varikozunuz olmasa belə, diz altı kompression corablarından istifadə edə bilərsiniz.
Kompression corabları ayaq sağlamlığınız üçün bir çox fayda təmin edir. Bunlar:
◾ Ayaq damarlarında olan qanın ürəyə qayıtmasını asanlaşdırır
◾ Ayaq damarlarında təzyiqi azaldır (venoz hipertoniya)
◾ Venoz çatışmazlıq səbəbiylə ayaq ağrılarını və ödəmi azaldır
◾ Köpüklə müalicədən sonra istifadə edilməsi estetika cəhətdən görüntünü yaxşılaşdırır
◾ Damarlarda laxtalanma riskini azaldır
◾ Lipodema olan xəstələrdə ağrı və ödəmi azaldır
◾ Varikoz çapıqlarının sağalmasına kömək edir
Əgər peşənizlə əlaqədar risk altındasınızsa və ya gün ərzində axşama doğru ayaqlarınızda ödəm əmələ gəlirsə, kompression corablardan istifadə etmək sizi çox rahat etdirəcək. Hamınıza sağlam ayaqlarla aktiv həyat arzulayıram 👨‍⚕️

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi

#varikozcorablari #fleboloq #damar #varikoz

SMM by @portagal.agency

Hər hansı bir sualınız varsa, buyurun!