Yay aylarının gəlməsi ilə təyyarə ilə səyahət edənlərin sayı artır. Uzun müddət heç bir hərəkət etmədən oturmaq ayaq damarlarında qan yığılmasına səbəb olur. Həm ayaqların sallanması, həm də uzun müddət oturmaq səbəbi ilə omba üzərindəki mexaniki təzyiqlə damarlarda qan axınının yavaşlaması trombların əmələ gəlməsinə zəmin yaradır. Tromboza ən çox həssas olan sərnişinlər 60 yaşdan yuxarı olanlardır. Daha əvvəl damarlarında laxtalanma olanlarda, artıq çəkidən əziyyət çəkənlərdə, hamilə qadınlarda, xərçəng xəstələrində, siqaret çəkənlərdə, kontraseptiv həblərdən istifadə edənlərdə tromb riski daha yüksəkdir.
Bəs uçuş zamanı tromb yaranmasının qarşısını necə almaq olar?
◾ Səyahət zamanı müəyyən fasilələrlə ayaqları və qolları büküb açaraq hərəkət etdirmək lazımdır. Mümkünsə, kabində kiçik gəzintilər edilməlidir
◾ Bol su içilməli, kofeinli içkilərdən və spirtdən uzaq durulmalıdır
◾ Səfər zamanı rahat geniş paltarlara üstünlük verilməlidir. Bədəni sıxan və qan dövranını maneə törədən geyimlərdən qaçınmaq lazımdır
◾ Elastik trikonaj (corab) geyinilməlidir
Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi
#profdrmahammadkarimov #tromboz #tromb #varikoz
SMM by @portagal.agency