İllərdir böyük Varikoz damarlarım var. Ancaq şikayətim yoxdur. Müalicə lazımdırmı?

Böyük Varikoz damarları olan insanların bəzən heç bir şikayəti olmur və ya şəxs illər ərzində Varikoz damarları olduğu üçün onların bəzi şikayətlərinə öyrəşib. Belə insanlar xarici görünüşdən çox narahat olmadıqları üçün, müalicəyə ehtiyac olmadığını düşünə bilərlər. Lakin aşağıdakı 4 səbəbə görə müalicəyə ehtiyac var:

  1. Qanama riski
    Səbəbi Varikoz damarlarının klapanları qüsurlu olduğu üçün qanı saxlaya bilməməsi və bədəndəki bütün damarların qanının cazibə qüvvəsi ilə varikoz damarlarına təzyiq etməsidir. Buna görə də, Varikoz damarlarının kiçik bir travma nəticəsində, bəzən özbaşına qanaxma riski var.
  2. Laxtalanma
    Damarlarda laxtalanmanın ən çox görülən səbəbi qanın yavaş axmasıdır. Normal damarlar düz və dar olduğundan, qan axını normaldır, buna görə də laxtalanma nadirdir. Varikoz damarları genişlənir və bükülür, buna görə də onlarda qan axını çox yavaş olur. Bu yavaş axın bir gün ani laxtalanmaya səbəb ola bilər. Laxtalanmış damarı lazer və köpük kimi üsullarla müalicə etmək mümkün deyil. Varikoz damarlarda laxtalanma həm xəstə üçün risk yaradır, həm də əməliyyatsız müalicələrin qarşısını alır.
    Bu sadalanan bəndlər varikoz damarlarının müalicəsinin önəmini göstərir. Bir sonrakı postlarımda müalicənin önəmini göstərən digər səbəbləri də Sizlərlə bölüşəcəyəm👨‍⚕️

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi

#varikozdamarlar #genislenmisdamarlar #damaragrisi #damarxestelikleri

SMM by @portagal.agency

Hər hansı bir sualınız varsa, buyurun!