Varikozun yaranma səbəbləri

Keçən postlarımda sizi Varikozun yaranma səbəblərinin bir hissəsi ilə tanış etmişdim. Gəlin bu gün digər hissəsi ilə tanış olaq.

▪ Piylənmə: Artiq çəkili insanlarda varikoz damarların formalaşması piy toxumasının damarları sıxması ilə izah edilir
▪ Qarındaxili təzyiqin artması: Venaların diametri tənəffüs fazasına uyğun olaraq dəyişir: Nəfəsalma anında venalar daralır, nəfəs verdikdə isə genişlənir. İnsan gücəndikdə (qəbizlik, öskürək və s. zamanı) qarındaxili təzyiq artır, qan axını pozulur, venalar genişlənir. Belə vəziyyətlərdə damar genişlənməsi təkcə ayaqlarda deyil, rektal zonada (babasil), toxum ciyəsində (varikosele) də müşahidə edilir.
▪ Yaş faktoru: Yaş artdıqca vena divarları və qapaqlar zəifləyir. Onların elastikliyi azaldığından gərilməyə məruz qalırlar. Bu isə öz növbəsində şişkin venalar ilə nəticələnir.
Əgər sizdə də varikozla bağlı problemlər varsa mütəxəssisə müraciət etməyi gecikdirməyin👨‍⚕️

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi

#varikozyarasi #varikozyaranmasininsebebleri #fleboloq #varikoz

SMM by @portagal.agency

Hər hansı bir sualınız varsa, buyurun!