Varikotromboflebit

Varikotromboflebit adından bəlli olduğu kimi varikoz dəyişiliklliyə məruz qalmış venada trombozun inkişafıdır. Tromboz, yəni damar mənfəzində qan laxtsının yaranması üçün bir çox şərtlər, xüsusilə də onun genişlənməsi, qan durğunluğunun olması və qanın tərkibində dəyişiliklərin baş verməsi vacibdir. Bu əsas şərtlər isə varikozu olan insanlarda olduğundan, onlar demək olar ki, tromb yaranmaq üçün hazırdırlar və ona görə də əvvəlcədən xəbərdar olmaları çox önəmlidir.Varikotromboflebitin 5 forması ayırd edilir və ən təhlükəlisi qalxan tromboflebitdir, yəni ayaqda inkişafa başlayan proses getdikcə ürəyə doğru böyüyür və dərin venaya düşdükdə orqanizm üçün əsl faciəyə çevrilir. Bu faciənin adı ağ ciyərə trombun getməsi və bəzi hallarda ani ölümə səbəb olmasıdır.

Ağ ciyər arteriyasının trombemboliyası bu gün də təbabətin ən ciddi və çox hallarda həlli mümkün olmayan problemi sayılır. Əğər ayaqlarınızda varikoz varsa şəxsi həyatınızı təhlükəyə atmayın, varikozunuzu vaxtında həll edib, belə bir bəladan canınızı qurtarın.Bu məsələ isə bu gün çox asanlıqla və etibarlı şəkildə öz həllini tapa bilər.

Bircə qalır Sizin vaxtında Bizə müraciət etməyiniz.

Hər hansı bir sualınız varsa, buyurun!